Meksikanın paytaxtı Mexikoda “El Universal” nəşrinin jurnalisti Xose Herardo Martines qətlə yetirilib. Bu barədə qəzetin saytında bildirilir. Məlumata görə, Martines Koyoakan rayonunda iki naməlum şəxs tərfindən odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Güllələr onun qarın nahiyəsinə tus gəlib. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları onu xəstəxanaya çatdırsa da, jurnalist dünyasını dəyişib. Hazırda istintaq aparılır. Post Views: 3. 270 PAYLAŞIN: Yazı naviqasiyası Azərbaycanlı müştərilər erməniləri restorana gəldiklərinə peşman etdilər Özünü avtoritet kimi aparmaq istəyirmiş…