Prezident İlham Əliyev F.A.Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Xaber.org AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Fərhad Ağa Səlim oğlu Babayev “Şöhrət” ordeni ilə təltif edilsin. XXX Prezident İlham Əliyev A.M.Əzizovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Arif Möhübəli oğlu Əzizov “Şöhrət” ordeni ilə təltif edilsin. Post Views: 673 PAYLAŞIN: Yazı naviqasiyası NATO və Rusiyanın hərbi rəhbərləri Bakıda görüşəcək Xameneyidən Trampa sərt sözlər: “Ağlı yerində olmayan adam…”