İranda dekabrın 28-dən başlayan etirazların arxasında ABŞ və İsrail dayanır, aksiyalar Fars körfəzindəki zəngin bir ölkə tərəfindən maliyyələşdirilir.

Xaber.org Milli.Az -a istinadən bildirir ki, bunu İranın ali lideri Əli Xameneyi deyib.

ABŞ Prezidenti Donald Trampı da, tənqid edən Ə.Xameneyi bildirib: “Hətta amerikalıların dediyinə görə ağlı yerində olmayan bu adam nümayiş oyunlarının cavabsız qalmayacağını bilməlidir”.

Qeyd edək ki, İranda bir həftədən çoxdur davam edən etirazlar zamanı 3700 nəfər saxlanılıb.

PAYLAŞIN: