Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində 95 nəfər ölüb, 158 nəfər yaralanıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, partlayış səfirliklər və inzibati binaların yerləşdiyi Vəzir Əkbər Xan məhəlləsində baş verib. Məlumata görə, partlayışı minalanmış təcili yardım maşını vasitəsilə terrorçu-kamikadze törədib. Əfqanıstan DİN-i teraktla əlaqədə şübhəli bilinən 4 şəxsin saxlanıldığını bildirib. “Taliban” hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Post Views: 747 PAYLAŞIN: Yazı naviqasiyası “Putin bizə xəbərdarlıq etmişdi, lakin Buş…” – TARİXİ ETİRAF Milyarder övladlarının toyu oldu – FOTO