İngiltərənin “Kardiff Siti” futbol klubunun sahibi, malayziyalı milyarder Vinsent Tanın qızının toyu olub.

Xaber.or Milli.Az-a istinadən bildirir ki, 29 yaşlı Kraysi Tan 32 yaşlı Falik Nasimuddinlə ailə qurub.

Toy Malayziyanın paytaxtı Kuala-Lumpurun şimal-qərbindəki lüks “The Chateau” otelində olub.

Milyarder iş adamının qızının əynindəki gəlinlik geyimi İndoneziyadakı “Yefta Gunawan” brendinin əsəri idi.

Milyarder övladlarının toyu oldu - VİDEO - FOTO

Kraysi Tan toy fotolarını 270 min daimi təqibçisi olan İnstagram profilində paylaşıb.

Təzə bəy “Naza TTDI Group” korporasiyasının icraçı direktorudur. Bu şirkət Falik Nasimuddinin atası, milyarder Amin Nasimuddinə məxsusdur.

 Milyarder övladlarının toyu oldu - VİDEO - FOTO

Kraysi Tan isə milyarder atasına məxsus olan “Berjaya Times Square”in baş direktorudur. “Berjaya Times Square” Malayziyada ən böyük ticarət mərkəzidir.

 

PAYLAŞIN: