“Mən düşünürdüm ki, Ukraynada dərin siyasi bataqlıq var. Lakin etiraf etmək lazımdır ki, bu, Ermənistanda daha dərindir”. Xaber.org azvision.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili “Facebook” səhifəsində yazıb. Saakaşvili Ermənistandakı problemlərin qaydasına düşəcəyinə inanmaq istədiyini deyib. Qeyd edək ki, Ermənistanın paytaxtı Yerevanda Saakaşvilinin erməni dilinə tərcümə olunmuş “Gücün oyanışı” adlı kitabının təqdimat mərasimi keçirilməli idi. Təqdimatın əvvəlcə Yeqiş Çarenç adına ev-muzeydə, daha sonra “Noyan Tapan” kitab mağazasında keçirilməsi gözlənilirdi. Son anda təqdimat mərasimi təxirə salınıb. “Armtimes”ın məlumatına görə, “Facebook”un erməni auditoriyası – deputatlar, jurnalistlər, publisistlər təqdimat mərasiminin ləğvini müzakirə edərək Yerevanın bu addımını senzura kimi dəyərləndiriblər. Post Views: 1. 556 PAYLAŞIN: Yazı naviqasiyası Azərbaycan prezidentindən təcavüzkar Ermənistana ciddi mesaj – Biz azərbaycanlılar İrəvana qayıtmalıyıq Əmək pensiyalarının sığorta hissəsi artırıldı