Prezident İlham Əliyev Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Xaber.org AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə: – bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; – fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin. Post Views: 314 PAYLAŞIN: Yazı naviqasiyası Saakaşvili: “Ermənistanda siyasi bataqlıq Ukraynadakından daha dərindir” “İsrailin cəzasız zərbələrinin zamanı bitdi”