Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Xaber.org lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu 2-ci Alatava qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Qabulova Çimnaz Elşən qızı hamam otağında olarkən dəm qazından zəhərlənib. 15 yaşlı qızın meyitini yaxınları aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır. Qeyd edək ki, vəfat edən 15 yaşlı Çimnaz Qabulova orta məktəbin 9-cu sinif şagirdi olub. Post Views: 470 PAYLAŞIN: Yazı naviqasiyası Bakıda içərisində sərnişinlər olan avtobus yandı MTN generalının məhkəməsi – 7 milyonluq iddia