Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı, Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində çıxarılmış hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Xaber.org APA-ya istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Quliyevin vəkili Ziyad Abbaszadə vəsatətlə çıxış edib və iclasın qapalı keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Vəkil Elçin Quliyevə qarşı qaldırılan və ödəməsi tələb olunan 7 milyon 736 min 58 manatlıq mülki iddia barədə danışaraq bu məsələnin araşdırılması ilə bağlı ekspertiza təyin olunmasını istəyib. E. Quliyev dövlətin pulunu mənimsəmədiyini deyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Elçin Quliyevin vəkili həmçinin MTN polkovniki Malik Mustafayevin intihar etməsi barədə düzgün araşdırma aparılmadığını deyib, bununla bağlı mütəxəssisin rəy verməsini istəyib. Hakim bu vəsatəti də təmin etməyib. Qeyd edək ki, Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib. Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Elçin Quliyev və Azər Mehdiyevin şikayəti verib. Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib. Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi isə general Elçin Quliyev cavabdeh olaraq tanınıb. Post Views: 1. 078 PAYLAŞIN: Yazı naviqasiyası Məktəbli qızın meyiti tapıldı – Bakıda faciə Daşkəsəndə DƏHŞƏT: arvadını öldürən şəxs intihar etdi