Rusiyadakı “Yekaterinburq Arena” stadionu futbol üzrə 2018-ci il dünya çempionatı üçün istifadəyə verilib. Xaber.org Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin İnformasiya siyasəti departamenti məlumat yayıb. Yeni stadionda ilk oyunun aprelin 1-də keçirilməsi nəzərdə tutulub. 35 min tamaşaçı tutumuna malik arenada, həmçinin, əlil insanların oyunları izləməsi üçün də şərait yaradılıb. Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək. “Yeketerinburq Arena”da 4 oyun olacaq. İyunun 15-də Misir – Uruqvar, iyunun 21-də Fransa – Peru, iyunun 24-də Yaponiya – Seneqal və iyunun 27-də Meksika – İsveç matçları bu stadionda baş tutacaq. Post Views: 806 PAYLAŞIN: Yazı naviqasiyası Güləşçilərimiz erməniləri döşəyə çıxmağa peşman etdi “”Qarabağ”la oyunun nəticəsi “Atletiko”nu ayıltdı”