Bakıda dəhşət: bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumat

Read Time:1 Minute, 33 Second

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılıb.

Xaber.org Oxu.Az-a istinadən xəbər verir ki, iddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri “Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər. Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir. Hadisədən sonra valideynlərə diqqətli olmaları tapşırılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumatlara aydınlıq gətirib. “Noyabrın 27-də şagirdlərin ümumi yoxlanışı zamanı müxtəlif siniflərdən olan bir neçə şagirdin qolunda anlaşılmaz sıyrıqlar müşahidə olunub. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru da məktəbə dəvət edilib”, – B.Məmmədov deyib. Hadisə ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilib, idarənin nümayəndələri məktəbə göndərilib. Valideynlərə tövsiyə edilib ki, uşaqlara nəzarəti gücləndirsinlər.

Məktəbdən isə bildiriblər ki, hazırda uşaqlarla psixoloji iş aparılır, valideynlər məlumatlandırılıb. “Burada intihardan söhbət getmir, sadəcə olaraq, uşaqların qolunda xəsarətlər var. Bunun nədən yarandığı araşdırılır”.

Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Zülfüqar Zülfüqarov isə yalnız tədbirlər görüldüyünü, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatlandırıldığını söyləməklə kifayətlənib. “Bu barədə yalnız Təhsil İdarəsi açıqlama verə bilər. Bütün məlumatlar onlara göndərilib”.

Qeyd edək ki, oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asmışdı. Gəncin “Mavi balina” oynadıqdan sonra intihar etdiyi iddia olunurdu. Onu da xatırladaq ki, yeniyetmələri hədəf alan “Mavi balina” indiyədək təkcə Rusiyada 130 azyaşlı və gəncin intiharına səbəb olub. Oyuna daxil olmaq istəyən şəxslərə “admin” tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. İntihar etmək istəməyənlər yaxınlarının öldürüləcəyi ilə qorxudulur. 76 saylı məktəbdə isə şagirdlərin bu oyunun təsirinə düşüb-düşmədiyi araşdırmadan sonra bəlli olacaq.

30-cu polis bölməsində hadisə ilə bağlı açıqlama vermək istəməyiblər.

Xaber.org

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
PAYLAŞIN:

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

15 thoughts on “Bakıda dəhşət: bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumat

  1. 870936 622451An intriguing discussion is going to be worth comment. I believe that you can write read a lot more about this topic, could effectively surely be a taboo subject but normally folks are inadequate to chat on such topics. To a higher. Cheers 520185

  2. 506178 578074So is the green tea i buy in cans the same as the regular tea youd buy to put within your morning cup? Ive been told is just normal green tea produced to be cooler, but does it have any affect as far as not speeding up your metabolism as rapidly as normal hot green tea? 728577

  3. 174415 797025bless you with regard to the specific blog post ive actually been seeking with regard to this kind of advice on the net for sum time these days hence with thanks 872051

  4. 364015 238258If your real buddies know you as your nickname, use that nickname as your very first name online. When you initial friend someone, focus on creating a private comment that weaves connection. 341381

  5. 682170 391586Aw, this became an very good post. In thought I would like to devote writing such as this moreover – taking time and actual effort to make a quite great article but exactly what do I say I procrastinate alot and by no means discover a method to get something completed. 611989

  6. 952562 565089Wow that was strange. I just wrote an extremely long comment but following I clicked submit my comment didnt appear. Grrrr nicely Im not writing all that over once more. Regardless, just wanted to say wonderful weblog! 391483

  7. 628845 370177Hey there. I want to to inquire somethingis this a wordpress weblog as we are thinking about shifting over to WP. Also did you make this theme on your personal? Thanks. 758356

  8. 297489 424879Conveyancing […]we like to honor other websites on the web, even if they arent related to us, by linking to them. Below are some web sites worth checking out[…] 4869

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post “Razılaşmaya əsasən İrandan ildə 5 milyon barrel neft alınması planlaşdırılır”
Next post Bakıda “botoks” “əməliyyat”ı