31 dekabr ərəfəsində əfv gözlənilir

Read Time:1 Minute, 27 Second

Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalanacağı gözlənilir.

Xaber.org BAKU.WS-ə istinadın xəbər verir ki, bu barədə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü deyib ki, Azərbaycanda əfvlə bağlı sərəncam bir qayda olaraq, əlamətdar, tarixi günlərdə ölkə rəhbərliyi tərəfindən verilir:
“Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib. Son illərin təcrübəsinə nəzər salsaq, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 2016-cı il istisna olmaqla cənab prezident tərəfindən əfv sərəncamları imzalanıb. Ona görə bu il də əfv sərəncamının veriləcəyi istisna edilmir. Lakin nəzərə almaq lazımdır ki, əfv vermək hüququ ölkə rəhbərliyinin müstəsna səlahiyyətlərinə aiddir və onun nə zaman verilməsini prezident müəyyənləşdirir”.

Ə.Nuriyev qeyd edib ki, Əfv Məsələləri Komissiyanın Katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları, təhlükəsizlik və müdafiə məsələləri üzrə şöbənin əfv sektoru fasiləsiz fəaliyyət göstərir. Əfvlə bağlı daxil olan müraciətlər araşdırılır, müraciətlərlə bağlı müvafiq rəylər alınır. Hazırlanmış ümumi rəylər Komissiyanın sədrinə təqdim olunur.

“Ötən il Azərbaycanda əfvlə bağlı minə qədər müraciət daxil olmuşdu. O müraciətlərdən 100-dən artığı qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün baxılmamış saxlanıb. Digər 900-ə yaxın müraciətə Komissiyanın iclasında baxılıb və 423 nəfər prezident İlham Əliyevin sərəncamı ilə Novruz bayramı ərəfəsində cəzadan azad edilib, yaxud cəzalarının müddətində dəyişiklik edilib.
Bu gün də əfvlə bağlı məhkumlardan, onların qohumlarından, vəkillərindən, Milli Məclisin deputatlarından, eyni zamanda, qeyri-hökumət təşkilatlarından müraciətlər daxil olur. Bu müraciətlər cənab prezidentə ünvanlanır. Bütün müraciətlər Əfv Komissiyasının Katibliyinə göndərilir”.

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanda cəzanın humanistləşdirilməsi istiqamətində çox geniş fəaliyyətlər həyata keçirilməkdədir:

Xaber.org

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
PAYLAŞIN:

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

18 thoughts on “31 dekabr ərəfəsində əfv gözlənilir

  1. 882866 782120my grandmother is always into herbal stuffs and she always say that ayurvedic medicines are the best stuff 172671

  2. 586227 924947Thoughts talk within just around the internet control console video clip games have stimulated pretty specialist to own on microphone as well as , resemble the perfect tough guy to positively the mediocre ones. Basically fundamental problems in picture gaming titles. Drug Recovery 301483

  3. 160444 641782Howdy! I just want to give an enormous thumbs up for the great details you might have here on this post. I will likely be coming back to your weblog for far more soon. 187742

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post İş adamının həbsdə olan arvadının cəzası 5 il endirildi
Next post Paytaxtda dava – Güləşçi bıçaqlandı