Birinci vitse-prezident Mehriban Əliyeva: 2017-ci il bütün Azərbaycan xalqı üçün uğurlu oldu

Read Time:4 Minute, 44 Second

Dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

Xaber.org AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, nəvəsi, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Uşaqlar şənliyin keçirildiyi əyləncə məkanına onlar üçün ayrılmış avtobuslarla gətirildilər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılmışdı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaq evlərinin, internat məktəblərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edilir. Bu il də istisna olmadı.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başladı.

Birinci vitse-prezident Mehriban Əliyeva: 2017-ci il bütün Azərbaycan xalqı üçün uğurlu oldu - FOTO

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edildi. Bu proqram, sarayda qurulan və əsl bayram əhval-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların sevincini daha da artırdı. Bərbəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrdən heyrətlənən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların təbəssümü bu hədiyyəni onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı, Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış etdilər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.

Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində oldular, onlarla birlikdə şənləndilər.

Heydər Əliyev Fondu yarandığı gündən nəcib, xeyirxah və humanist insani dəyərlərə əsaslanaraq, başlıca fəaliyyət istiqamətlərindən biri kimi cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafını seçib. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan dəyərli layihələri digər qurumlar üçün nümunə sayıla bilər.

Birinci vitse-prezident Mehriban Əliyeva: 2017-ci il bütün Azərbaycan xalqı üçün uğurlu oldu - FOTO

Fondun xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız olaraq xeyirxah əməllər təşkil edir. Azərbaycanın Birinci vitse-prezidenti çıxışlarında bu fikri dəfələrlə vurğulayıb: “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin, onların problemlərinə biganə qalmayaq”. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət yetirir. Fondun “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkəmizdəki uşaq müəssisələri əsaslı təmir olunur, yeni avadanlıqlarla təchiz edilir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun 13 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.

Birinci vitse-prezident Mehriban Əliyeva: 2017-ci il bütün Azərbaycan xalqı üçün uğurlu oldu - FOTO

Bayram şənliyində çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

– Hörmətli müəllimlər, hörmətli valideynlər, əziz uşaqlar. Artıq on ildən çoxdur ki, biz başa çatan ili birgə yola salırıq və qarşıdan gələn ilə “Salam” deyirik. Mən çox şadam ki, bu il biz yenə də birlikdəyik.

Yeni il bayramı insanların ən sevdiyi bayramlardan biridir. Adətən, insanlar bu bayramı ailə üzvləri, doğmaları, ən yaxınları ilə qeyd edirlər. Biz də bu gün Yeni il bayramını böyük doğma ailə kimi bərabər qeyd edirik.

Ümidvaram ki, 2017-ci il sizin hər biriniz üçün, bütün Azərbaycan xalqı üçün uğurlu oldu. Ölkəmizdə abadlıq, quruculuq işləri davam edir, şəhərlərimiz, kəndlərimiz, regionlarımız gözəlləşir, inkişaf gedir. Bildiyiniz kimi, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Azərbaycan İslam aləminin ayrılmaz hissəsidir. Biz öz dinimizə, tariximizə, mədəniyyətimizə böyük hörmətlə, böyük diqqətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq ölkəyik. Biz digər dövlətlərlə əməkdaşlığımızı qardaşlıq və qarşılıqlı hörmət əsasında qurmaq istəyirik. Bildiyiniz kimi, bu il paytaxtımızda IV İslam Həmrəyliyi Oyunları böyük uğurla keçdi, idmançılarımız bizi dəfələrlə sevindirdilər, bizim bayrağımız ucaldı, himnimiz səsləndi. Eyni zamanda, bu Oyunlar bütün İslam ölkələrinin nümayəndələrini bir araya gətirərək əsl həmrəylik bayramı oldu, əsl dostluq və qardaşlıq təntənəsinə çevrildi.

2017-ci ildə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox vacib irimiqyaslı layihələr həyata keçirildi. Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi, “Əsrin kontraktı”nın 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə imza atıldı. Digər sahələrdə işlər davam edir. Biz qarşımızdakı məsələləri ardıcıl olaraq həll edirik, problemləri aradan qaldırırıq. Ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri davam edir, uşaqların ən yüksək səviyyədə təhsil alması üçün bütün şəraitlər yaradılıb. Bakı şəhərimiz gündən-günə gözəlləşir. Regionlarımız gözəlləşir, yeni yollar salınır, ölkəmiz abadlaşır.

Mən ümidvaram ki, 2017-ci il sizin həyatınızda xoş anlarla, sevinc dolu hadisələrlə qalacaq. Ümidvaram ki, bu il sizin üçün uğurlu il idi. Mən sizin hər birinizə 2018-ci ildə möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik arzulayıram. Arzulayıram ki, bizim balalarımız savadlı, bilikli, tərbiyəli böyüsün. Arzulayıram ki, onlar öz dostları, yaxınları, ətraflarındakı insanlar ilə xoş niyyətlə, hörmətlə davransınlar. Qoy, sizin yolunuz açıq, ürəyiniz işıqla dolu olsun! Mən sizin hər birinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

Əziz uşaqlar, onu da bilməlisiniz ki, bu bayram şənliyinin hazırlanmasında bir çox insanın əməyi var. Artıq 10 ildən çoxdur ki, bizim məşhur sənət adamlarımız, musiqiçilərimiz, artistlərimiz, sizinlə bərabər burada, bu gözəl “Buta” sarayında Yeni ili qeyd edirlər, sizin üçün çox gözəl, şən ab-hava yaradırlar. Gəlin bu gözəl, qayğıkeş insanları birlikdə alqışlayaq və onlara öz minnətdarlığımızı bildirək.

Sizin hər birinizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik, ölkəmizə əmin-amanlıq və sülh arzulayıram. Qoy, Allah hər birinizi və ölkəmizi hər zaman qorusun! Çox sağ olun.

 

Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bayram şənliyi yüzlərlə uşağı sevindirdi. Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olundu. Fondun balacalara hədiyyə etdiyi bu bayram şənliyi uşaqların yaddaşında silinməz iz qoydu.

Xaber.org 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
PAYLAŞIN:

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

14 thoughts on “Birinci vitse-prezident Mehriban Əliyeva: 2017-ci il bütün Azərbaycan xalqı üçün uğurlu oldu

  1. 304375 450250New York Travel Tips […]below youll uncover the link to some websites that we believe you need to visit[…] 429125

  2. 486653 675830An intriguing discussion will likely be worth comment. Im positive which you need to write more about this subject, it may possibly not be a taboo topic but usually consumers are too couple of to chat on such topics. To another. Cheers 643766

  3. 425984 266749Superb post but I was wanting to know in case you could write a litte much more on this subject? Id be extremely thankful in the event you could elaborate a bit bit much more. Thanks! 717057

  4. 118323 198124Thrilled you desire sensible business online guidelines maintain wearing starting tools suitable for the specific web-based business. cash 78575

  5. 561064 591064I recognize theres lots of spam on this internet site. Do you need assist cleansing them up? I may possibly aid among courses! 396106

  6. 386547 955106The planet are in fact secret by having temperate garden which are normally beautiful, rrncluding a jungle that is definitely certainly profligate featuring so numerous systems by way of example the game courses, golf approach and in addition private pools. Hotel reviews 794154

  7. 634543 536856An fascinating discussion might be worth comment. I believe you ought to write on this subject, it may definitely be a taboo subject but usually folks are not enough to dicuss on such topics. To a higher. Cheers 465026

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post “Mənim üçün müğənni Aygün Bəylərdir” – Dostundan Röyaya ZƏRBƏ
Next post Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub