Azərbaycanda alışı, satışı və istifadəsi qanunla qadağan edilən soyuq silahlar, beşbarmaq, qələm formasında olan gözyaşardıcı qazlar sosial şəbəkədə açıq şəkildə satışa çıxarılıb. İnstaqramda “1001_online_magaza” adlı səhifədə istənilən forma, dizayn və ölçüdə beşbarmaq, bıçaq, habelə soyuq silah sayıla biləcək digər vasitələr almaq mümkündür. Bundan əlavə, səhifədə gizli kamera və digər vasitələr də satılır.
Səhifədə bıçaqlar 20-60 manat, beşbarmaq 50-65 manat, elektroşok 95, gizli kamera 100-160 manat, mini deşici tir 45-50 manata təklif olunur.
Açıq formada satışı həyata keçirilən bu məhsullara maraq da az deyil. Satışa çıxarılan bütün əşyanın şəklinin altındakı şərh və bəyənmə sayları məhsulun alıcılarının olmasından xəbər verir. Hər bir silahın altına onun qiyməti və onun barəsində məlumatlar qeyd edilib. Eyni zamanda bu məhsulların satışının qadağan olunması barədə bəzi istifadəçilər tərəfindən şərhlər yazılıb.
Lakin görünən odur ki, silahları satanlar üçün nə bu şərhlər, nə də qadağalar önəm daşıyır. Qanunvericilikdə isə bu şəxslərə qarşı konkret cəza müəyyən edib.
Keçmiş polis rəisi Mahmud Hacıyev bildirib ki, soyuq silah hesab ediləcək bıçaq, beşbarmağı satanlar cinayət məsuliyyətinə cəlb edilməlidir:
“Saytlarda satılan bıçaqların soyuq silah olub-olmaması kriminalistik ekspertiza tərəfindən müəyyən edildiyi halda Cinayət Məcəlləsinin tələbinə uyğun olaraq onu satanlar cəzalandırılmalıdır. Çünki Məcəlləyə görə, soyuq silahların alışı, satışı və gəzdirilməsi qanunla qadağandır.
Bıçaqların soyuq silah olun-olmadığını müəyyən etmək heç də çətin deyil. Bunun üçün Daxili İşlər və Ədliyyə Nazirliyində bu işlə məşğul olan mütəxəssislər var. Kriminalist bıçağın şəklinə baxan kimi soyuq silah hesab edilib-edilməməsi barədə rəy verə bilər.
Beşbarmaq isə qanunla tam qadağan edilmiş soyuq silahdır. Onun satışı, gəzdirilməsi artıq cinayət məsuliyyətidir”.
M.Hacıyev bildirib ki, bu silahları satanların şəxsiyyətini müəyyən etmək heç də çətin deyil:
“Onlayn mağaza olsa belə, müvafiq qurumlar tərəfindən həmin səhifənin idarəçilərini tapmaq mümkündür. Hətta məxfi əməliyyat belə təşkil edilə bilər. Alıcı kimi onu sifariş verə və alış prosesində onu satanlar istintaqa cəlb edilə bilər. Üstəlik, bu səhifələr media nümayəndələri tərəfindən aşkarlana bilirsə, hüquq-mühafizə orqanlarının müəyyən etməsi heç də çətin deyil”.
Qanuna əsasən, soyuq silah – konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.
Cinayət Məcəlləsinin 228.4 maddəsinə görə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddədə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna təşkil edir.
Azərbaycanın Konstitusiyasında şəxsi həyatın toxunulmazlığına zəmanət verilir: şəxsin icazəsi olmadan foto və video çəkilişlərin aparılması və bundan ona qarşı istifadə edilməsi qadağandır./Publika.az
Everything is very open with a very clear explanation of the issues.
It was definitely informative. Your website is very useful.
Thanks for sharing!
To the xaber.org Administrator, exact same in this article: Link Text