Alpinistləri axtarmaq üçün gələn türkiyəli mütəxəssislər axtarışları dayandırdı

Read Time:1 Minute, 16 Second

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarına cəlb edilən xarici mütəxəssislər axtarışları dayandırıblar.

Xaber.org Trend-ə istinadən bildirir ki, bir müddət əvvəl Qubada alpinistlərin axtarışlarına qoşulan, xüsusi qurğularla təmin edilən türkiyəli iki mütəxəssis axtarışları artıq dayandırıb.

Məlumata görə, Türkiyədən gələn mütəxəssislər axtarış dəstəsindən ayrılıb və öz ölkələrinə qayıdıblar.

Bildirək ki, “Gilavar” – hava və ekstrim idman klubunun itkin düşən üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən davam etdirilir.

Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
PAYLAŞIN:

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

11 thoughts on “Alpinistləri axtarmaq üçün gələn türkiyəli mütəxəssislər axtarışları dayandırdı

  1. 865675 384344My wife style of bogus body art were being quite unsafe. Mother worked with gun initial, after which they your lover snuck free upon an tattoo ink ink. I was confident the fact just about every should not be epidermal, due to the tattoo ink could be attracted from the entire body. make an own temporary tattoo 609928

  2. 681552 740261Once I originally commented I clicked the -Notify me when new feedback are added- checkbox and now every time a remark is added I get four emails with exactly the same comment. Is there any indicates you possibly can remove me from that service? Thanks! 495290

  3. 22584 575410Id must talk to you here. Which is not some thing Which i do! I like reading an post that can make individuals believe. Also, thank you for permitting me to comment! 134735

  4. 672442 507845Hello. fantastic job. I did not expect this. This really is a excellent story. Thanks! You created certain fine points there. I did a search on the subject matter and located the majority of folks will have the same opinion with your blog. 192397

  5. 625994 272694Superb blog here! Also your site loads up quickly! What host are you employing? Can I get your affiliate link to your host? I wish my website loaded up as swiftly as yours lol 45065

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Əmək pensiyalarının sığorta hissəsi artırıldı
Next post Bakıda məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA