Skip to content
17 May 2025
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter

XƏBƏR TV

www.xaber.org

Primary Menu
  • Ana səhifə
  • Siyasət
    • Münaqişə
  • İqtisadiyyat
  • Cəmiyyət
    • Redaktorun seçimi
    • Oxucu məktubları
    • Təhsil
    • Sağlamlıq
    • Media
    • Din
  • Mədəniyyət
    • İncəsənət
    • Elm və texnologiya
    • Ədəbiyyat
  • Şou-biznes
  • Hadisə
    • Kriminal
    • Maraqlı
  • İdman
Şuşa sən azadsan!
  • Home
  • Hacıyevdən Bülbüloğluna: Yersiz, səhv açıqlama…
  • Siyasət

Hacıyevdən Bülbüloğluna: Yersiz, səhv açıqlama…

xaber-redaktor 13 Noyabr 2020
hikmet_haciyev
0 0
Read Time:1 Minute, 3 Second

Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında istintaqın gedişi ilə əlaqədar telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir. Bu kimi hal Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməz.

Xaber.org xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Həmçinin, məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”, – PA rəsmisi qeyd edib.

Xatırladaq ki, Polad Bülbüloğlu təsadüfən, səhv nəticəsində vurulan Rusiya helikopteri haqda “müharibədə hər şey olur” demiş, ermənilərə isə Azərbaycanda hansısa “mədəni muxtariyyət” verilə biləcəyi haqda məsuliyyətsiz, özbaşına və Prezident İlham Əliyevin “nə qədər ki mən Prezidentəm, heç bir status olmayacaq” kimi qəti və milli mövqeyinə zidd cəfəngiyyat səsləndirmişdi.

Share

Facebook
Twitter
Pinterest
LinkedIn

About Post Author

xaber-redaktor

info@xaber.org
https://xaber.org/
Happy
Happy
0 0 %
Sad
Sad
0 0 %
Excited
Excited
0 0 %
Sleepy
Sleepy
0 0 %
Angry
Angry
0 0 %
Surprise
Surprise
0 0 %
Post Views: 124
PAYLAŞIN:

Continue Reading

Previous: Armen Sarkisyanın Qarabağ müharibəsinə son qoyulmasından xəbəri olmayıb – “Mətbuatdan öyrəndim”
Next: Kəlbəcərdən çıxarkən evləri və meşələri yandırırlar – VİDEO

Oxşar mövzular

1727622927_3
  • Siyasət

Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır – İlham Əliyev

xaber-redaktor 30 Sentyabr 2024
f5750bfe-8eba-3d34-b0d9-9d8d7c618b50_850
  • Siyasət

İlham Əliyev: Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığımız daha da dərinləşəcək

xaber-redaktor 28 Sentyabr 2024
araz
  • Siyasət

Ceyhun Bayramov İranı Azərbaycanın xarici siyasətinə hörmətlə yanaşmağa çağırıb

admin 09 Aprel 2023

Bütün yazılar

1727624864_4
  • Cəmiyyət

Cəbrayıl şəhərinə ikinci köç karvanı oktyabrın 28-də baş tutacaq

xaber-redaktor 30 Sentyabr 2024
1727622927_3
  • Siyasət

Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır – İlham Əliyev

xaber-redaktor 30 Sentyabr 2024
1430f2ffec1b8cedb0c03d743a0e4613
  • Dünya

“Hizbullah”ın yeni lideri BU ŞƏXS oldu

xaber-redaktor 30 Sentyabr 2024
3ec8f537-e428-357d-b9c4-1a84d6de1d81_850
  • İdman

Azərbaycanın daha bir gimnastı Monteneqroda qızıl medal qazanıb

xaber-redaktor 28 Sentyabr 2024
  • Haqqımızda
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter
Copyright 2024 © xaber.org All rights reserved. | MoreNews by AF themes.