Skip to content
01 İyun 2025
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter

XƏBƏR TV

www.xaber.org

Primary Menu
  • Ana səhifə
  • Siyasət
    • Münaqişə
  • İqtisadiyyat
  • Cəmiyyət
    • Redaktorun seçimi
    • Oxucu məktubları
    • Təhsil
    • Sağlamlıq
    • Media
    • Din
  • Mədəniyyət
    • İncəsənət
    • Elm və texnologiya
    • Ədəbiyyat
  • Şou-biznes
  • Hadisə
    • Kriminal
    • Maraqlı
  • İdman
Şuşa sən azadsan!
  • Home
  • Ermənistanın işğal siyasəti: Beynəlxalq Dialoq və İnkişaf Alyansı onlayn konfrans keçirdi
  • Cəmiyyət

Ermənistanın işğal siyasəti: Beynəlxalq Dialoq və İnkişaf Alyansı onlayn konfrans keçirdi

xaber-redaktor 22 Noyabr 2020
2b7b114b-f64b-450e-938c-463ead1021ef
0 0
Read Time:2 Minute, 18 Second

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkilatçılığı ilə Beynəlxalq Dialoq və İnkişaf Alyansı 20 noyabr 2020-ci ildə “BMT-nin qlobal sülh çağırışı və Ermənistanın işğal siyasəti” mövzunda onlayn-zoom konfrans keçirib.

Bu haqda məlumatı saytımıza Beynəlxalq Dialoq və İnkişaf Alyansının Mətbuat Xidməti verib.

Mənbə bildirir ki, konfransı Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova giriş nitqi ilə açaraq konfrans iştirakçılarını Azərbaycanın tarixi qələbəsi münasibətilə təbrik edib.

O çıxışında bildirib ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu:

“Cəmi 44 gün ərzində Ermənistanın məğlubedilməzlik sindromu tamamilə darmadağın edildi.   Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi birdəfəlik aradan qaldırıldı. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir”.

Nüşabə Məmmədova çıxışında qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı olaraq Beynəlxalq Dialoq və İnkişaf Alyansı 10 istiqamət, o cümlədən Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında Suriyadan, Liviyadan gətirilmiş ailələrin, həmçinin muzdluların yerləşdirilməsi, Tovuz istiqamətində hərbi təxribatlar və bunun beynəlxaq təhdidi, hərbi əməliyyatlardan uzaq məsafədə yerləşən mülki əhalinin ballistik raketlərlə hədəfə alınması, Gəncə, Bərdə və digər ərazilərə atılan raket və mərmi zərbələri nəticəsində 100-ə yaxın mülki şəxslərin öldürülməsi, 400-dən çox mülki şəxsin yaralanması, mülki infrastrukturların dağıdılması ilə bağlı 200-dən çox ünvanlara, o cümlədən beynəlxalq təşkilatlara, AŞPA Parlament üzvlərinə, ABŞ senatorlara, ATƏT Parlament üzvlərinə xarici dövlət qurumlarına məlumatlar, bəyanatlar, müraciətlər edilmişdir.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmləri doktoru, professor Elman Nəsirov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlqar Məcidov  çıxış edərək BMT-nin qlobal sülh çağırışı, beynəlxalq qanunlar və Ermənistanın beynəlxaq hüququn norma və prinsiplərinə əhəmiyyət verməməsi, Azərbaycanın hərbi yolla torpaqlarının işğaldan azad edilməsi ilə bağlı faktları öz məruzələrində qeyd ediblər.

Azərbaycan Milli QHT Forumunun idarə heyətinin sədr müavini İradə Rzazadə, Rusiya üzrə diaspor təşkilatının nümayəndəsi Ələkbər Qarayev, Orta Asiya ölkələri üzrə diaspor təşkilatının nümayəndəsi Rafael Hacıbalayev və digər şəxslər çıxış ediblər.

Onlayn konfransa, həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi, xarici diplomatik korpusun üzvləri qatılıb.

Konfransda “THE UN’S CALL FOR A GLOBAL PEACE & ARMENIA’S OCCUPATION POLICY” mövzusunda sənədli film nümayiş olunub.

Buklet-2020

Share

Facebook
Twitter
Pinterest
LinkedIn

About Post Author

xaber-redaktor

info@xaber.org
https://xaber.org/
Happy
Happy
0 0 %
Sad
Sad
0 0 %
Excited
Excited
0 0 %
Sleepy
Sleepy
0 0 %
Angry
Angry
0 0 %
Surprise
Surprise
0 0 %
Post Views: 163
PAYLAŞIN:

Continue Reading

Previous: Iran və Azərbaycan iki dost və qardaş ölkədir
Next: Nüşabə Məmmədova: Münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır

Oxşar mövzular

1727624864_4
  • Cəmiyyət

Cəbrayıl şəhərinə ikinci köç karvanı oktyabrın 28-də baş tutacaq

xaber-redaktor 30 Sentyabr 2024
60d896ff-e7df-3edb-868b-684cd3451c20_850
  • Cəmiyyət

Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər

xaber-redaktor 28 Sentyabr 2024
FotoJet - 2023-04-02T122440.165
  • Cəmiyyət

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib – YENİLƏNİB + FOTO

admin 02 Aprel 2023

Bütün yazılar

1727624864_4
  • Cəmiyyət

Cəbrayıl şəhərinə ikinci köç karvanı oktyabrın 28-də baş tutacaq

xaber-redaktor 30 Sentyabr 2024
1727622927_3
  • Siyasət

Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır – İlham Əliyev

xaber-redaktor 30 Sentyabr 2024
1430f2ffec1b8cedb0c03d743a0e4613
  • Dünya

“Hizbullah”ın yeni lideri BU ŞƏXS oldu

xaber-redaktor 30 Sentyabr 2024
3ec8f537-e428-357d-b9c4-1a84d6de1d81_850
  • İdman

Azərbaycanın daha bir gimnastı Monteneqroda qızıl medal qazanıb

xaber-redaktor 28 Sentyabr 2024
  • Haqqımızda
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter
Copyright 2024 © xaber.org All rights reserved. | MoreNews by AF themes.