Skip to content
19 May 2025
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter

XƏBƏR TV

www.xaber.org

Primary Menu
  • Ana səhifə
  • Siyasət
    • Münaqişə
  • İqtisadiyyat
  • Cəmiyyət
    • Redaktorun seçimi
    • Oxucu məktubları
    • Təhsil
    • Sağlamlıq
    • Media
    • Din
  • Mədəniyyət
    • İncəsənət
    • Elm və texnologiya
    • Ədəbiyyat
  • Şou-biznes
  • Hadisə
    • Kriminal
    • Maraqlı
  • İdman
Şuşa sən azadsan!
  • Home
  • “Dünən erməni yaraqlıları tərəfindən bəzi terror aktları törədilib” – İlham Əliyev
  • Siyasət

“Dünən erməni yaraqlıları tərəfindən bəzi terror aktları törədilib” – İlham Əliyev

xaber-redaktor 12 Dekabr 2020
e6566910-a0ad-354d-968a-699a79d6511c_850
0 0
Read Time:1 Minute, 0 Second

“Biz planlaşdırdığımıza nail olduq. Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq”.

Bu fikirləri Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən söyləyib.

Dövlət başçısı bildirib ki, vəziyyət müəyyən dərəcədə sabitdir:

“Hazırda Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik.

Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək. Bir sözlə, sülhməramlıların missiyası qüvvədədir. Bilirsiniz ki, sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Lakin biz bunu heç zaman ciddi müzakirə etməmişik. Anji bir veteran kimi bunu bilir. Biz həmin mövzuya hətta heç vaxt toxunmamışıq”.

Share

Facebook
Twitter
Pinterest
LinkedIn

About Post Author

xaber-redaktor

info@xaber.org
https://xaber.org/
Happy
Happy
0 0 %
Sad
Sad
0 0 %
Excited
Excited
0 0 %
Sleepy
Sleepy
0 0 %
Angry
Angry
0 0 %
Surprise
Surprise
0 0 %
Post Views: 180
PAYLAŞIN:

Continue Reading

Previous: Eduard Şarmazanov: Hamı başa düşür ki, bu, son müharibə deyil – Tam qırılmasalar, dayanmayacaqlar
Next: Aram Qabrelyanov: Paşinyanın ailəsi ömrünün sonuna qədər lənətlənəcək

Oxşar mövzular

1727622927_3
  • Siyasət

Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır – İlham Əliyev

xaber-redaktor 30 Sentyabr 2024
f5750bfe-8eba-3d34-b0d9-9d8d7c618b50_850
  • Siyasət

İlham Əliyev: Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığımız daha da dərinləşəcək

xaber-redaktor 28 Sentyabr 2024
araz
  • Siyasət

Ceyhun Bayramov İranı Azərbaycanın xarici siyasətinə hörmətlə yanaşmağa çağırıb

admin 09 Aprel 2023

Bütün yazılar

1727624864_4
  • Cəmiyyət

Cəbrayıl şəhərinə ikinci köç karvanı oktyabrın 28-də baş tutacaq

xaber-redaktor 30 Sentyabr 2024
1727622927_3
  • Siyasət

Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır – İlham Əliyev

xaber-redaktor 30 Sentyabr 2024
1430f2ffec1b8cedb0c03d743a0e4613
  • Dünya

“Hizbullah”ın yeni lideri BU ŞƏXS oldu

xaber-redaktor 30 Sentyabr 2024
3ec8f537-e428-357d-b9c4-1a84d6de1d81_850
  • İdman

Azərbaycanın daha bir gimnastı Monteneqroda qızıl medal qazanıb

xaber-redaktor 28 Sentyabr 2024
  • Haqqımızda
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter
Copyright 2024 © xaber.org All rights reserved. | MoreNews by AF themes.