Skip to content
07 Mart 2026
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter

XƏBƏR TV

www.xaber.org

Primary Menu
  • Ana səhifə
  • Siyasət
    • Münaqişə
  • İqtisadiyyat
  • Cəmiyyət
    • Redaktorun seçimi
    • Oxucu məktubları
    • Təhsil
    • Sağlamlıq
    • Media
    • Din
  • Mədəniyyət
    • İncəsənət
    • Elm və texnologiya
    • Ədəbiyyat
  • Şou-biznes
  • Hadisə
    • Kriminal
    • Maraqlı
  • İdman
Şuşa sən azadsan!
  • Home
  • Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum olub
  • Mədəniyyət

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum olub

xaber-redaktor 16 Dekabr 2020 3 minutes read
a5541cdc-7171-3f02-8a63-fba4ab02caed_850 (1)
0 0
Read Time:1 Minute, 30 Second

11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli olub.

COVID- 19 pandemiyası səbəbindən bu il onlayn formatda reallaşan festival 6 günlük marafonunu yekunlaşdırıb.

Beləliklə, Beynəlxalq müsabiqənin “Qızıl nar” mükafatı “Ən yaxşı bədii film” nominasiyasında makedoniyalı Georgi Unkovskinin “Stiker”, “Ən yaxşı sənədli film” portuqaliyalı İnes Luisin “Siz evdə qalmalıydınız, səfehlər”, “Ən yaxşı animasiya filmi” Bosniya –Hersoqovinanı təmsil edən Aleta Rajicin “Təbii seçim” filminə verilib.

Festivalın “Ən yaxşı animasiya film rejissoru” İva Tokmakçiyeva (“Gəl, dünən görüşək”), “Ən yaxşı sənədli film rejissoru” italiyalı Manuel Marini (“Səmalar”), “Ən yaxşı bədii film rejissoru” kolumbiyalı Daniela Abad Lombana (“Çarpayı”) seçildi. Münsiflər heyətinin xüsusi mükafatına “Uordun xına mərasimi” (Murad Mostafa), xüsusi diplomuna isə “Əbədi gecə” (Pedro Peralti) filmi layiq görülüb.

Yerli müsabiqənin “Qızıl nar” mükafatına “Ən yaxşı bədii film” üzrə Azər Allahverdiyevin “Üç yol”, “Ən yaxşı sənədli film” üzrə Toğrul Musa, Nurlan Həsənlinin “Bir ata haqqında”, “Ən yaxşı animasiya filmi” üzrə Fidan Axundovanın “Quzğun”, “Ən yaxşı sosial çarx” üzrə Nicat Qədimlinin “Tezliklə”si layiq görülüb.

“Üç yol” festivalın “Ən yaxşı ssenari” nominasiyasında da qalib olub.

“Münsiflər heyətinin diplomları” “Quyu” (Elnur Paşa), “Sükut” (Ceyhun Türksoy), “Anamla dəqiqələr” (Sənan Səfərli), “Züleyxa ilə dialoqlar” (Rəşid Ağamalıyev) filminə verilib.

“Bakı küləyi” bədii filmi (Şirin Əhmədov) “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin, “Döngə” sənədli filmi (Vəfa Ağabalayeva) “AzərNyuMedia” şirkətinin mükafatı, “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiyası (Sultan Abbasbəyli) “ÖZ FİLM” şirkətinin xüsusi diplomu ilə təltif olunub.

“Cinemobil” müsabiqəsinin qalibi isə Sənan Səfərovun “Bir zamanlar Dərnəgüldə” filmi seçilib.

Festivalın direktoru Fehruz Şamıyevin sözlərinə görə onlayn film nümayişləri kinosevərlər tərəfindən maraqla qarşılanıb. “Festivalın Beynəlxalq, Yerli, Cinemobil müsabiqəsində yarışan ümumilikdə 85 film xüsusi platformada yayımlandı və maraqla izlənildi”.

Beynəlxalq münsiflər heyətinin sədri, rejissor, prodüser Oleq Səfərəliyev ölkəmizdə festivalların xüsusilə də pandemiya zamanı keçirilməsinin önəminə toxunub: “Kino sənayesi inkişaf etməlidir. Sənətkarlar filmlər çəkməlidir, yeni gənc rejissorlar öz bacarıqlarını üzə çıxarmalı və öz işlərini ictimaiyyətə göstərməlidirlər”

Share

Facebook
Twitter
Pinterest
LinkedIn

About Post Author

xaber-redaktor

info@xaber.org
https://xaber.org/
Happy
Happy
0 0 %
Sad
Sad
0 0 %
Excited
Excited
0 0 %
Sleepy
Sleepy
0 0 %
Angry
Angry
0 0 %
Surprise
Surprise
0 0 %

About the Author

xaber-redaktor

Administrator

Visit Website View All Posts
Post Views: 278
PAYLAŞIN:

Post navigation

Previous: Azərbaycan neftinin qiyməti 51 dolları keçib
Next: Neymarın “Barselona”ya qayıda biləcəyi vaxt açıqlandı

Oxşar mövzular

1616401362_12
  • Mədəniyyət

Aşıq Ələsgərin yubiley tədbiri keçirildi

xaber-redaktor 22 Mart 2021 0
793524fe-9161-3d02-8b83-08e806aaa2b2_850
  • Mədəniyyət

Heydər Əliyev Sarayına yeni direktor təyin edilib

xaber-redaktor 18 Dekabr 2020 0
2ce65986-7933-3182-8798-a084d26645f9_850
  • Mədəniyyət

Rusiyanın xalq artisti vəfat edib

xaber-redaktor 12 Dekabr 2020 0

Bütün yazılar

OD2QnCBznwUs6Sial1XhEPLYVTwJFvkF3mI7eOop_640
  • Cəmiyyət

Sayman Aruz: “İran hakimiyyəti yaxşı bilir ki, Təbriz qalxarsa…”

xaber-redaktor 06 Yanvar 2026 0
ac3f6578eb_86699
  • Ədəbiyyat

Həmid Herisçi ard-arda Təbrizə səfər etməklə İran molla rejiminin tapşırıqlarını Azərbaycan Yazıçılar Birliyində həyata keçirib? – SENSASİON İDDİA

xaber-redaktor 30 Dekabr 2025 0
1632737255_0aq-2(1).jpg
  • Siyasət

Vətən müharibəsinin xronikası: 31 OKTYABR

admin 01 Noyabr 2025 0
0b1690a307b5d22.jpg
  • Siyasət

Prezident İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib

admin 01 Noyabr 2025 0
  • Haqqımızda
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter
Copyright 2024 © xaber.org All rights reserved. | MoreNews by AF themes.