Skip to content
07 Mart 2026
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter

XƏBƏR TV

www.xaber.org

Primary Menu
  • Ana səhifə
  • Siyasət
    • Münaqişə
  • İqtisadiyyat
  • Cəmiyyət
    • Redaktorun seçimi
    • Oxucu məktubları
    • Təhsil
    • Sağlamlıq
    • Media
    • Din
  • Mədəniyyət
    • İncəsənət
    • Elm və texnologiya
    • Ədəbiyyat
  • Şou-biznes
  • Hadisə
    • Kriminal
    • Maraqlı
  • İdman
Şuşa sən azadsan!
  • Home
  • Heydər Əliyev Sarayına yeni direktor təyin edilib
  • Mədəniyyət

Heydər Əliyev Sarayına yeni direktor təyin edilib

xaber-redaktor 18 Dekabr 2020 3 minutes read
793524fe-9161-3d02-8b83-08e806aaa2b2_850
0 0
Read Time:1 Minute, 23 Second

Heydər Əliyev Sarayına direktor vəzifəsinə təyinat olub.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, vəzifəyə Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar artisti Qasımov Ramil Adıgözəl oğlu gətirilib.

Qeyd edək ki, Ramil Qasımov 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” ixtisası üzrə bitirib. Müxtəlif illərdə ölkədaxili və beynəlxalq səviyyədə orden və medallarla təltif edilib.

Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı solist kimi başlayıb, Həmkarlar İttifaqının sədri və quruluş hissə müdiri kimi fəaliyyət göstərib. 2004-cü ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışıb.

2011-ci ildə Azərbaycan Televiziyasının Musiqi kollektivlərinin bədii rəhbəri, 2012-ci ildə Səsyazma Evinin direktoru vəzifəsində çalışıb.

2015-ci ildə Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru vəzifəsinə təyin edilib. “Mədəniyyət” kanalında fəaliyyətə başladığı müddətdən ölkədə bir çox festivalların, telemüsabiqələrin və verilişlərin (“Bizi birləşdirən mədəniyyət”, “Əbədi Musiqi”, “Ötən illərin nəğmələri”, “Bakı gecələri”, “Mən də əsgərəm”, “Bura vətəndir”, “Romans axşamı!”, Azərbaycan bəstəkarları arasında “Romans müsabiqəsi”, “Xalq mahnıları” festivalı, “Orqan beynalxalq musiqisi” festivalı, “Azərbaycan vokalçıları” festival, “Milli nəfəs alətləri” festivalı) təşkilatçısı olub.

R.Qasımov Mədəniyyət kanalının təşkilatçılığı ilə keçirilən müxtəlif yaradıcılıq gecələrinin, müxtəlif tele-musiqili tamaşaların, “Məhsəti” operasının və Milli qəhrəmanımıza həsr olunan “Mübariz” musiqili tamaşasının təşəbbüskarı və ideya müəllifidir.

Ramil Qasımov 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2016 və 2017-ci illərdə Prezident mükafatlarına layiq görülüb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir.

Share

Facebook
Twitter
Pinterest
LinkedIn

About Post Author

xaber-redaktor

info@xaber.org
https://xaber.org/
Happy
Happy
0 0 %
Sad
Sad
0 0 %
Excited
Excited
0 0 %
Sleepy
Sleepy
0 0 %
Angry
Angry
0 0 %
Surprise
Surprise
0 0 %

About the Author

xaber-redaktor

Administrator

Visit Website View All Posts
Post Views: 290
PAYLAŞIN:

Post navigation

Previous: Murovdağı azad edən “Murov aslanı” ləqəbli xüsusi təyinatlı
Next: İlham Əliyev: “Erməni tankları Bakıya gəldi, amma qənimət kimi”

Oxşar mövzular

1616401362_12
  • Mədəniyyət

Aşıq Ələsgərin yubiley tədbiri keçirildi

xaber-redaktor 22 Mart 2021 0
a5541cdc-7171-3f02-8a63-fba4ab02caed_850 (1)
  • Mədəniyyət

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum olub

xaber-redaktor 16 Dekabr 2020 0
2ce65986-7933-3182-8798-a084d26645f9_850
  • Mədəniyyət

Rusiyanın xalq artisti vəfat edib

xaber-redaktor 12 Dekabr 2020 0

Bütün yazılar

OD2QnCBznwUs6Sial1XhEPLYVTwJFvkF3mI7eOop_640
  • Cəmiyyət

Sayman Aruz: “İran hakimiyyəti yaxşı bilir ki, Təbriz qalxarsa…”

xaber-redaktor 06 Yanvar 2026 0
ac3f6578eb_86699
  • Ədəbiyyat

Həmid Herisçi ard-arda Təbrizə səfər etməklə İran molla rejiminin tapşırıqlarını Azərbaycan Yazıçılar Birliyində həyata keçirib? – SENSASİON İDDİA

xaber-redaktor 30 Dekabr 2025 0
1632737255_0aq-2(1).jpg
  • Siyasət

Vətən müharibəsinin xronikası: 31 OKTYABR

admin 01 Noyabr 2025 0
0b1690a307b5d22.jpg
  • Siyasət

Prezident İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib

admin 01 Noyabr 2025 0
  • Haqqımızda
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter
Copyright 2024 © xaber.org All rights reserved. | MoreNews by AF themes.