Skip to content
07 Mart 2026
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter

XƏBƏR TV

www.xaber.org

Primary Menu
  • Ana səhifə
  • Siyasət
    • Münaqişə
  • İqtisadiyyat
  • Cəmiyyət
    • Redaktorun seçimi
    • Oxucu məktubları
    • Təhsil
    • Sağlamlıq
    • Media
    • Din
  • Mədəniyyət
    • İncəsənət
    • Elm və texnologiya
    • Ədəbiyyat
  • Şou-biznes
  • Hadisə
    • Kriminal
    • Maraqlı
  • İdman
Şuşa sən azadsan!
  • Home
  • Murovdağı azad edən “Murov aslanı” ləqəbli xüsusi təyinatlı
  • Münaqişə

Murovdağı azad edən “Murov aslanı” ləqəbli xüsusi təyinatlı

xaber-redaktor 18 Dekabr 2020 2 minutes read
c2bb43a6-e4d5-394b-bc67-5af43119f9b4_850
0 0
Read Time:1 Minute, 6 Second

Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhramanlardan biri kapitan Rəşad Abdullayevdir. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ordeni ilə təltif edilən şəhidimiz Murovdağ yüksəkliyinin azad olunmasında böyük sücaət göstərib. Vətən müharibəsinin başlandığı ilk günlərdə Murovdağ istiqamətində əks hücum əməliyyatlarına rəhbərlik edən Rəşad Abdullayev tabeliyində olan hərbi qulluqçularla birlikdə ermənilərin 100-ə yaxın döyüşçüsünü məhv edərək 7 postu azad edib. Hərbçi yoldaşları ona “Murov aslanı” ləqəbi veriblər.

“Report”un Muğan bürosunun əməkdaşları şəhidin doğulub böyüdüyü Cəlilabadın Göytəpə kəndində evinə baş çəkib, ailəsi ilə həmsöhbət olublar.

Rəşad Abdullayev 1988 –ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 2003-cü ildə hərbi liseyə daxil olub. Hərbi lisseyi uğurla bitirindən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olan Rəşad 2012-ci ildə yüksək bacarıq və xüsusi hərbi keyfiyyətlərinə görə xüsusi təyinatlıların sırasına qəbul edilib.

Həyat yoldaşı Gülnar Abdullayeva deyir ki, sonuncu dəfə onunla sentyabrın 25-də danışıblar: “Daha sonra Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Sentyabrın 28-də ağır yaralanan Rəşad Abdullayev həmin ayın 30-da şəhid olub”.

Rəşad Abdullayevin atası deyir ki, üç bacının tək qardaşı olmasına baxmayaraq hərbiçi olmaqdan bir an belə çəkinməyib: “Rəşadın hərbə marağı babasından keçib. Uşaq vaxtı babasının Böyük Vətən müharibəsindən qalma orden və medallarını sinəsinə taxar qürurla gəzərdi”.

Rəşad Türkiyədə və Gürcüstanda hərbi təlimlərdə iştirak edib. Aprel döyüşlərinin iştirakçısı olan şəhid ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ordeni ilə təltif edilib.

Share

Facebook
Twitter
Pinterest
LinkedIn

About Post Author

xaber-redaktor

info@xaber.org
https://xaber.org/
Happy
Happy
0 0 %
Sad
Sad
0 0 %
Excited
Excited
0 0 %
Sleepy
Sleepy
0 0 %
Angry
Angry
0 0 %
Surprise
Surprise
0 0 %

About the Author

xaber-redaktor

Administrator

Visit Website View All Posts
Post Views: 188
PAYLAŞIN:

Post navigation

Previous: Zahid Oruc: “1,5 -2 milyon vətəndaşımızı işğaldan azad olunan ərazilərdə yerləşdirməliyik”
Next: Heydər Əliyev Sarayına yeni direktor təyin edilib

Oxşar mövzular

1659786143_whatsapp-image-2022-08-06-at-15.36.17
  • Münaqişə

Erməni jurnalistin ETİRAFI: “Bizimkilər Laçının Zabux kəndini talamağa başladılar”

xaber-redaktor 06 Avqust 2022 0
1659787138_654
  • Münaqişə

“Laçından sonra azərbaycanlılar evimizə bir addım da yaxınlaşır” – Erməni alim

xaber-redaktor 06 Avqust 2022 0
5e9f32f7-0c7c-3fff-a7a4-4042905baca9_850
  • Münaqişə

Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub

xaber-redaktor 30 İyul 2022 0

Bütün yazılar

OD2QnCBznwUs6Sial1XhEPLYVTwJFvkF3mI7eOop_640
  • Cəmiyyət

Sayman Aruz: “İran hakimiyyəti yaxşı bilir ki, Təbriz qalxarsa…”

xaber-redaktor 06 Yanvar 2026 0
ac3f6578eb_86699
  • Ədəbiyyat

Həmid Herisçi ard-arda Təbrizə səfər etməklə İran molla rejiminin tapşırıqlarını Azərbaycan Yazıçılar Birliyində həyata keçirib? – SENSASİON İDDİA

xaber-redaktor 30 Dekabr 2025 0
1632737255_0aq-2(1).jpg
  • Siyasət

Vətən müharibəsinin xronikası: 31 OKTYABR

admin 01 Noyabr 2025 0
0b1690a307b5d22.jpg
  • Siyasət

Prezident İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib

admin 01 Noyabr 2025 0
  • Haqqımızda
  • Facebook
  • İnstagram
  • Youtube
  • Twitter
Copyright 2024 © xaber.org All rights reserved. | MoreNews by AF themes.